Quranda qadın-kişi
münasibətlərində davranış qaydaları
Ailə sağlam cəmiyyətə nail olmaq üçün mühüm faktordur. Bir sözlə, ailə bir məktəbdir. Bu məktəbin məzunları isə sağlam və saleh övladlardır. Ailə təməlini möhkəmləndirən prinsiplərdən ailənin mənəvi sağlamlığını artırmaq üçün istifadə etməklə, həm ailə daxilində inkişafa, həm də cəmiyyətin sağlam olaraq tərəqqisinə zəmin yarada bilərik. Belə ailələr isə cəmiyyətdə nümunəvi ailəyə çevrilə bilər. Bu səbəbdən də Quran ayələri əsasında ər-arvadın qarşılıqlı münasibətində davranış prinsiplərini müzakirə etmək lazımdır. Diqqət olunmalıdır ki, burada məqsədimiz yalnız fiqhi müzakirə deyil. Əksinə, fiqh, əxlaq, hüquq və dəyərləri əhatə edən bir müzakirədir.
Sual budur ki, Qurani-Kərimdə ər-arvadın qarşılıqlı münasibəti ilə bağlı prinsiplərimiz varmı? Elə prinsiplər ki, onlara əməl olunduqda sağlam və ürək oxşayan ailə yaransın və ailə üzvləri belə mühitdə olmaqdan aramlıq hissi duysun və müəyyən bir inkişaf mərhələsinə çatmış olsun.




