olarıq. Beləliklə, istər hüquqi nöqteyi-nəzərdən, istər tərbiyəvi, istərsə də düşüncə baxımından “ailə” mövzularına diqqət yetirmək birbaşa olaraq öz təsirini cəmiyyətdə göstərəcəkdir.
Qarşınızdakı kitabın bəzi bölmələri fiqhi (hüquqi) sahəyə aiddir. Çünki fiqhi bölmələrin daxilində teoloji, ideoloji və tanışlıq xarakterli baxışlar da vardır. Bu səbəbdən sadalanan mövzulara diqqət yetirmək və onlara məntiqi yanaşma ailələrin sağlam şəkildə və Quran əsasında tərbiyə olunmasında danılmaz müsbət təsirlərə malikdir. Bundan əlavə, kitabda övlad sahibi olmaq və övlad tərbiyəsi, ailədə davranış qaydaları, ailənin hüquqi məsələləri, problemlərin həll yolları, ailənin ehtiyaclarını təmin etmək, onun təməlini zəiflədən səbəblər, feminizm və hicab mövzuları da araşdırılmışdır.
Beləliklə, bu kitab Quran, ailə, əxlaq, hüquq və sosiologiya mövzularını əhatə edir. Xatırladırıq ki, buna Quranı mövzu əsasında (tematik) təfsir etmə metodu deyilir və müasir dövrdə geniş şəkildə yayılmışdır. Kitabdakı ayələrin təfsirində əsasən “Əl-Mizan”, “Nümunə” və “Təsnim” təfsirlərinə istinad olunmuşdur.
و از نشانه های او این است که برای شما از جنس خودتان همسرانی آفرید تا در کنار آنها آرامش یابید و میان شما مودت و رحمت قرار داد. همانا در این نشانه هایی است برای گروهی که می اندیشند. ﴾




