Ümumilikdə İslam dinində, xüsusilə də Quranda önəm verilən məsələlərdən biri ailə məsələsidir. Quran ailəni rəhmət və məhəbbətin mənbə və mənşəyi hesab edir:
﴿ وَ مِنْ آياتِهِ أَنْ خَلَقَ لَكُمْ مِنْ أَنْفُسِكُمْ أَزْواجاً لِتَسْكُنُوا إِلَيْها وَ جَعَلَ بَيْنَكُمْ مَوَدَّةً وَ رَحْمَةً إِنَّ في ذلِكَ لَآياتٍ لِقَوْمٍ يَتَفَكَّرُونَ ﴾
“Yanlarında rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən (öz cinsinizdən) zövcələr xəlq etməsi, aranızda möhkəm sevgi və mərhəmət yaratması da Onun nişanələrindəndir. Şübhəsiz, bunda (bu nemətdə) düşünən dəstə üçün nişanələr vardır”.
İnsanlar cəmiyyətdə mərhəmətli və mehriban tərbiyə olunmaq istəyirlərsə, mərhəmət və mehribanlıq xüsusiyyətini ilk növbədə ailədən götürməlidirlər. Əgər ailədə bunlar olmazsa, cəmiyyət də mərhəmət, mehribanlıq və digər ülvi hisslərdən məhrum olacaq. Başqa sözlə, əxlaqlı cəmiyyətin formalaşması, şübhəsiz ki, ailədən asılıdır. Əgər ailədə əxlaq çiçəklənməsə, cəmiyyətdə də bu nemətdən məhrum




