Islam Sual

Zəhra.h

33 Yaş Bakı

Sual ID :

#175

Daimi qan gələn qadının hökmü və “ədəd” adətindən sonrakı vəzifəsi

Dünyaya uşaq gətirən bir qadından davamlı şəkildə qan gəlir. O, on gün istihazə fasiləsindən sonra qanın heyz olduğunu qəbul edir və heyzdə “ədəd adəti”nə sahibdir. Bu qadın “davamlı şəkildə qan görən qadın” hökmündədirmi və onun ədədi tamamlandıqda istihazənin hökmlərinə əməl etməlidirmi? Yoxsa bu qadının şəri vəzifəsi “istizhar”dır, yəni durumu müəyyən olanadək gözləməkdir?

Ayətullah Xameneinin ofisi

Ayətullah Xameneinin ofisi

Cavab

Suala əsasən, bu qadın ehtiyat-vacibə görə, ədədi tamamlandıqdan sonra birinci gün “istizhar” məqsədilə ibadətləri tərk etməlidir. Bir gündən sonra isə heyzin əvvəlindən etibarən on gün tamamlananadək “istizhar” etməsi ehtiyat-müstəhəbə müvafiqdir (yəni bu günlərdə heyzli qadına haram olan işləri görməməli və istihazəli qadının vəzifələrini yerinə yetirməlidir).

Haqqımızda

Tez Əlçatanlıq

Əlaqə Məlumatları

© 2026 ISLAMSUAL.COM LLC. Designed & Developed By islamsual

Privacy Policy

Ahkam Resource